Görmənin qüsurları və onların aradan qaldırılması

     Normal gözün fokusu tor təbəqəsində yerləşir. Belə göz əzələlərini gərmədən optik oxa paralel düşən şüaları tor təbəqəsində toplayır.
     Bir sıra hallarda uzaqdakı cisimlərin xəyalı gözün tor təbəqəsində deyil, bir qədər qabaq tərəfdə alınır. Belə göz uzaqda olan cisimləri aydın görə bilmir, ona görə bu cür göz yaxıngörən göz, görmənin bu nöqsanı isə yaxıngörmə adlanır. Yaxıngörən gözün optik qüvvəsi normal gözün optik qüvvəsindən böyükdür. Yaxıngörməni aradan qaldırmaq üçün gözün optik qüvvəsini azaltmaq lazımdır.Bu məqsədlə səpici linzalı eynəkdən istifadə edilir. Bununla gözün optik qüvvəsi azalır, xəyal normal halda olduğu kimi, gözün tor təbəqəsində alınır. 
     Optik qüvvəsi D<0 olan (məsələn, -2dptr, -2.5dptr və s.) linzalı eynək taxan adamların gözləri yaxıngörmə qüsuruna malikdir.

     Uzaqdakı cisimlərin xəyalı gözün tor təbəqəsindən arxada alınarsa, belə görmə qüsuru uzaqgörmə adlanır. Uzaqgörən gözün optik qüvvəsi normal gözün optik qüvvəsindən azdır. Belə nöqsanı aradan qaldırmaq üçün eynək toplayıcı linzadan hazırlanır. Toplayıcı linza gözün optik qüvvəsini artırır, xəyal gözün tor təbəqəsində aydın alınır.

     Uzaqgörmə qüsuruna malik adamlar optik qüvvəsi D>0 olan (məsələn, +1.5dptr, +4dptr və s.) linzalı eynəklərdən istifadə edirlər.
  Əvvəllər görmə qabiliyyəti zəif olan insanların 2 çıxış yolu vardı: ya eynək taxmaq, ya da gözəllik xatirinə bu əziyyətə alışmaq. Əksər insanlar eynək taxmaqdan utanırlar.Hesab edirlər ki, sağlamlıq üçün taxılan eynək onların xarici görkəmini korlayır. Əslində bu, sadəcə kompleksdir. Müasir dövrdə görmə qabiliyyətinin bərpası üçün ən gözəl faktor kontakt linzalardır.

      Kontakt linzalar vasitəsilə biz hər şeyi daha dəqiqiliklə görə və ətrafımıza diqqətlə nəzər sala bilirik.Linzaları almadan öncə ilk olaraq həkim-oftalmoloqa müraciət etməyimiz mütləqdir.O, bizim gözlərimizi oftalmorefraktometr adlanan xüsusi cihazla yoxlayıb,linzalardan istifadənin məsləhətli olub-olmayacağını tövsiyyə edəcəkdir.İstənilən bütün hallarda siz öz sağlamlığınızı yalnız mütəxxəssisə etibar etməliyik. Linzaların istifadəsi onun sahibinə ilk əvvəllər çox çətin gəlir. Lakin zaman keçdikcə alışqanlıq sayəsində bu, adi hal formasını alır. Kontakt linzaların bir neçə növü var: -yumşaq növ -gündəlik dəyişkən növ -rəngli linzalar -təkrar linzalar Hal-hazırda kontakt linzaların bir çoxu yumşaq növə aiddir.Onlar nazik materialdan hazırlanmışdır.Gözlərin rahat nəfəs almasına və hava qəbuluna xüsusilə yardımçıdır. Gündəlik dəyişkən linzalar özəl hallar üçün nəzərdə tutulub.Yəni həm eynəkdən, həm də linzadan istifadə etmək mümkündür. Təkrar linzalar günün sonunda yuyulması üçün məhlula qoyulur,səhər isə yenidən istifadə edilməsi normaldır. Rəngli linzalar isə sadəcə gözəllik eliksiri olub, göz rənginin dəyişdirilməsinə xidmət edir. Bəzən rəngli linzalardan yaxını və uzağı görmək üçün də istifadə olunur. Linzalardan istifadə edərkən onun təmizliyinə xüsusi diqqət ayrılmalıdı.
     Biz bu araşdırmaları apararkən belə nəticəyə gəldik ki, gözlərimizin sağlamlığını qorumaq üçün mütamadi olaraq her kes hekim müayinəsindən keçməlidir.Gözlərimizi kompüterin, mobil telefonların zərərli şüalarından qorumalıyıq.Gözəllik üçün istifadə edilən linzalardan çox qısa müddətliyə istifadə edə, hətta vacib olmadıqda hec istifadə etməsək daha çox gözümüzə fayda vermiş olarıq.

2 yorum:

  1. Arxa fon ag reng olaydi da ozunuz goz xesteliklerinden danisirsiz vallah men buna 5 saniye de baxsam gozderim iflas eliyecey

    YanıtlaSil