Gözün optik qüvvəsi

     Gözdə şüanı sındıran hissələr, yəni buynuz təbəqəsi büllur və şüşəyəbənzər maddə hamısı birlikdə optik sistem təşkil edir.Bu sistemin mərkəzi büllurun daxilində yerləşir. Baxdığımız cisimlər gözün ikiqat fokus məsafəsindən uzaqda olur: d>2F. Ona görə gözün tor təbəqəsində cisimlərin həqiqi, kişildilmiş və tərsinə çevrilmiş xəyalı alınır. İşıq görmə sinirlərinin uclarına düşərək onları qıcıqlandırır. Qıcıqlanma sinir telləri ilə beyinə verilir və insanda görmə hissi oyanır, cisimləri görür. Beyin görmə prosesini düzəldir, biz cisimləri təbii ölçüdə və düzünə olduğu kimi görürük.
     

Göz bülluru çox mühüm bir xassəyə malikdir, onun optik qüvvəsi sabit olmayıb dəyişkəndir.
 Göz büllurunun optik qüvvəsinin dəyişməsinə akkomodasiya deyilir.
     Məhz akkomodasiya nəticəsində göz uzaqda və yaxında olan cisimləri görməyə uyğunlaşır. 
    Astiqmatizmin əsas səbəbi buynuz qişanın qeyri sferik olmasıdır, yəni ki,əsas meridianlarda əyrilik radiuslarının fərqli olmasıdır.
    

Hiç yorum yok:

Yorum Gönder